Tiflis xarici borcunu 433 milyon dollar azaltdı

Gürcüstanın xarici borcu 2019-cu ilin 3-cü rübü ərzində 433,6 milyon dollar ixtisar edilib.

Bu məlumatı Gürcüstan Milli Bankı yayıb. Məlumata görə, bunun nəticəsində ölkənin ümumi borcu 17,8 milyard dollar olub.

Bu göstərici ümumdaxili məhsulun 102,3%-ni təşkil edib.