Tovuz yaxınlığında hərbi bazanın salınması narahatedici faktordur
Yusif Nəzərli
08:54 08.07.2022
Aktual
503
Dünya ictimaiyyətini də bu məsələdə Moskva və İrəvana qarşı səfərbər etməliyik
“44 günlük müharibədən öncə də ermənilərin əsas hücumu, təxribatı məhz Tovuz istiqamətində olmuşdu”. Bu sözləri “Şərq”ə AĞ Partiyanın sədri Tural Abbaslı deyib. Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin Tovuza yaxın bölgəsində hərbi baza yerləşdirməsi iddiası ilə bağlı danışan partiya rəhbəri qeyd edib ki, Azərbaycanın Qərbə gedən önəmli strateji yolları, dəmiryol xətləri, neft kəmərləri Tovuz rayonundan keçir:
“Tovuz kommunikasiya baxımından Azərbaycan üçün xüsusi önəm kəsb edir. Böyük ehtimal ki, məhz bu məqamlarla bağlı rəsmi Bakıya təzyiq göstərmək üçün Ermənistanın Ayqepar kəndində rusların iştirakı ilə tikinti işləri aparılır. Orada rus bazasının olacağı ilə bağlı iddialar var. Hər halda kifayət qədər narahatedici faktordur. Düşünürəm ki, bu məsələdə Azərbaycan hərbi-strateji baxımdan adekvat addımlar atmalıdır. Həmin ərazidə hərbi birləşmələrimizin, sərhəd xidmətinin daha da gücləndirilməsi istiqamətində işlər görülməlidir. Mümkün təxribatların dərhal və kəskin formada qarşısının alınması üçün lazımi addımlar atılmalıdır. Eyni zamanda da Rusiya və Ermənistanın regiondakı vəziyyəti daha da gərginləşdirməsi üçün atdığı addımları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Dünya ictimaiyyətini də bu məsələdə Moskva və İrəvana qarşı səfərbər etməliyik. Əgər birbaşa Kremlə və İrəvana “niyə sərhəd yaxınlığında hərbi baza tikirsiz” deyə bilmiriksə, Türkiyə kimi müttəfiqlərimizlə birgə zəruri mesajlarımızı qarşı tərəfə çatdırmalıyıq. Cavabsızlıq erməniləri və rusları daha da həyasızlaşdıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət