Tramp: "Bu, Consonun böyük qələbəsidir"

Deyəsən, Böyük Britaniyada Conson böyük hesabla qələbə qazanır!

Axar.az xəbər verir ki, bu sözləri Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp yazıb.

O, Böyük Britaniyanın Baş naziri Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası ilə parlament seçkilərində inamlı qələbə qazandığını qeyd edib.

Qeyd edək ki, 650 seçki dairəsindən 440 dairənin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası 231 deputat mandatı əldə edib və inamlı şəkildə liderlik edir. Müxalif Leyboristlər Partiyası isə 153 yer qazanıb.

Səslərin sayılması davam edir.