Tramp keçmiş müşavirinin "Twitter"ini bağlatdırdı

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton Tvitter hesabının neqativ fikirlərinə görə Ağ Ev tərəfindən bloklandığını iddia edib.

İstefasından sonra 2 ay ərzində sosial hesabının bağlı olduğunu deyən Con bunda Amerika hökumətini günahlandırıb: “İndi hesabı açıblar. Kimsə düşünürsə ki, mən geri addım atacam, yanılır”.

Bolton Tramp administrasiyasının onun bəyanatlarından qorxduğunu deyib.