Tramp: "Türkiyə bunu Rusiyadan almalı olacaq"

S-400-lərin Türkiyəyə tədarükündən sonra Ankara F-35-lərin tədarüküylə bağlı böyük problemlərlə qarşılaşıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, Türkiyənin bundan sonra təyyarələr üçün Rusiya və Çinə müraciət edəcəyini bildirib:

“S-400-lərin əldə edilməsindən sonra Türkiyə böyük problemlərlə qarşılaşdı. O, çoxlu sayda F-35 sifariş vermişdi, amma indi Vaşinqtonun onu tədarük etməsi çox çətin olacaq. Yəqin ki, onlar indi təyyarə üçün Rusiya və Çinə müraciət edəcəklər”.