Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi
14:24 25.02.2020
Aktual
539
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə qurumun rəsmi saytında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin adından anım mesajı yerləşdirilib.
Anım mesajında deyilir:
“1992-ci ilin 25 fevralından 26-na keçən gecə ərzində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində yaşayan azərbaycanlı dinc sakinlərə qarşı bənzəri görülməyən bir qətliam törədildi. Minlərlə azərbaycanlının öldürüldüyü və ya əsir edildiyi bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri olan bu faciə Xocalı soyqırımı olaraq bilinir.
Bu amansız zülm nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər öldürüldü, 487 nəfər ağır yaralandı və ya şikəst qaldı. Bununla yanaşı, 1275 günahsız insan girov götürüldü, 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır.
Dinc əhali yaxın məsafədən vuruldu və diri-diri yandırıldı. Yaxalanan yaşlılar, uşaqlar və qadınlar bənzəri görülməyən bir işgəncə, təcavüz və təhqirlərə məruz qaldılar.
Xocalıda bundan tam 28 il əvvəl yaşanan vəhşətin anıldığı bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olaraq, azərbaycanlı qardaşlarımızın ağrılarını ən dərin şəkildə hiss edir və bölüşürük. Bundan əlavə, dünya miqyasında aparılan “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasında Azərbaycan hökuməti ilə çiyin-çiyinə olduğumuzu ifadə edirik.
Bu hisslərlə Xocalıda həyatını itirən şəhidləri hörmətlə yad edir, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya