Türkiyə israrlıdır və qalib gələcək
Yusif Nəzərli
01:26 07.06.2022
Aktual
755
Qocalmış Avropanın dünyaya sırımaq istədiyi dəyərlər qeyri-ədalətlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qərbi sərt ittiham edib. Ərdoğan vurğulayıb ki, Qərbin yaratdığı “təhlükəsizlik sistemi” çökməkdədir. Türkiyə lideri deyib ki, Qərb ölkələri Ankaranın BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıblar: “Ankaranın tələbləri yerinə yetirilmədikcə, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Türkiyənin mövqeyi dəyişməyəcək”. Türkiyə prezidenti, o cümlədən rəsmilər ABŞ və Avropanın “təhlükəsiz sistemini”, sadəcə özlərinə işləyən “demokratik dəyərlərini” dəfələrlə suçlayıblar. Ərdoğan dəfələrlə Qərb strukturlarının yenidən dizayn olmasının zərurətindən danışıb.
NATO-nun ən güclülərindən olan Türkiyənin qəti mövqeyini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Ərdoğanın haqlı olduğunu söyləyib. Professor xatırladıb ki, “dünya beşdən böyükdür” ifadəsi də məhz Türkiyə liderinə məxsusdur:
“BMT yarandığı gündən bu yana öz fəaliyyətini çox uğursuz həyata keçirib. Bu qurumun statusu böyük zədə alıb. İndiki məqamda bütün dünyanın taleyi sadəcə beş ölkəyə həvalə edilə bilməz. Nəzərə alaq ki, beş ölkədən heç biri əhalisi müsəlman olan dövlət deyil. Yəni təşkilatda iki milyarda yaxın müsəlmanın təmsilçisi yoxdur. ABŞ da birmənalı şəkildə BMT ilə razılaşmır. Ona görə də bu qurumda hansısa haqq-ədalətdən danışmaq olmaz.
Ərdoğan BMT və NATO-nun qurum kimi fəaliyyətsizliyindən gileylənir. Bu strukturlar Ukrayna ilə bağlı təhlükəsizlik məsələsində ortaya əsaslı mövqe qoya bilmədi. Çox dişsiz mövqe sərgilədilər. 29 dövlətin daxil olduğu beynəlxalq hərbi təşkilat – NATO Rusiya qarşısında bioloji cəhətdən məğlubiyyətə uğradı. O baxımdan Türkiyənin təklif etdiyi variant doğrudur.
BMT-nin Təhlükəsizlik Şurasında, daimi üzvlük məsələsində redaktələr mütləq olmalıdır. Necə olar ki, quruma sonradan qoşulan Fransa TŞ-nin üzvü ola bilir, amma Türkiyə kimi güclü bir dövlət ola bilmir?! Əminəm ki, qardaş Türkiyə bu “döyüşü” udacaq. Çünki Ankaranın qaldırdığı məsələ dünyanın bir çox aparıcı ölkəsinin də maraqlarına uyğundur. Qocalmış Avropanın dünyaya sırımaq istədiyi dəyərlər qeyri-ədalətlidir.
Əgər Qərb təhlükəsiz yeni dünya nizamında maraqlıdırsa, beynəlxalq təşkilatların idarəetməsində mütləq türk-müsəlman dövlətinin təmsilçisi də olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi