Türkiyə Rusiyaya deməlidir! - “Sülh müqaviləsinə maneə olma!”
Yusif Nəzərli
13:10 08.06.2022
Aktual
597
Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutub. Görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Çavuşoğlu bildirib ki, Qafqazda xüsusən “3+3” formatını və Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə ediblər.
O, bu mövzularda Rusiya Federasiyasının verdiyi dəstəyə görə təşəkkür edib.
“Xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasını regionun sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - deyə M.Çavuşoğlu əlavə edib.
Görüşü “Sherg.az”a şərh edən siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, S. Lavrovun sözlərində səmimiyyət hiss edilmir:
“Görüş əsnasında Rusiyanın və Türkiyənin baş diplomatlarının bir sıra müzakirələri oldu. Müzakirələr xüsusilə Suriya, Liviya, Qarabağ istiqamətlərində idi. Ancaq Qarabağla bağlı heç bir halda Kremlin səmimiyyətinə inanmıram. Bu Qarabağda sülhün işartısını görəcəyimiz günə qədər davam edəcək. Artıq iki ilə yaxın müddətdir, Rusiya bu məsələlərdə vasitəçilik missiyasını öz üzərinə götürüb. Hər dəfə bəyan edirlər ki, burada yekun sülh müqaviləsi imzanlanmalı, demarkasiya, delimitasiya prosesləri başlanmalı və iki ölkə arasında kommunikasiyalar açılmalıdır. Ancaq biz yalnız Xankəndidə müxtəlif büstlərin ucaldılmasını müşahidə edirik. Digər tərəfədən “Rio Novosti” portalı ölkəmizdə bloklandı. Çünki Kremllə bağlı olan informasiya agentliyi qondarma rejimin nazirləri ilə müsahibə hazırlayır və yayımlayır. Artıq onları qarşı tərəf kimi qəbul etməyə başlayıblar. Bu təxribat deyil? Bizim Moskva ilə 2022-ci il fevralın 22-də imzaladığımız Müttəfiqlik Bəyannaməsinin ruhuna nə qədər uyğundur ? Bu, birmənalı şəkildə təxribatdır və burada maraqlı olan tərəflər var. Biz qəbul etməliyik ki, Rusiya yaxın perspektivdə “sülhməramlılar”ın bölgədən çıxmaması üçün əlindən gələn vasitəyə əl ata bilər. Bu heç kimdə şübhə doğurmamalıdır”.
R.Məmmədsoyun qənaətincə, S.Lavrov bu müzakirələrə başlamazdan öncə Xankəndidə və digər istiqamətlərdə təxribatların qarşısını almaq üçün müəyyən addımlar atmalıdır:
“Daha sonra sülhlə bağlı danışa bilərlər. Ancaq indiki məqamda yalnız təxribat və prosesin ləngiməsini müşahidə edirik. Sülh müqaviləsinin Brüsseldə müzakirə olunmasını qıcıqla qarşılayır, lakin bu gün sülh müqaviləsindən danışır. Sülhdən danışırsınızsa, ortaya nəticə qoyun. Bizim üçün Brüsselin və ya Moskvanın fərqi yoxdur. Azərbaycan üçün vacib olan yekun sülh sənədinin imzalanması, qarşı tərəfin bizim ərazi bütövlüyümüzü tanımasıdır. Bu barədə Brüsselin real addımlarını müşahidə edirik. Təbii ki, real addımların arxasında Avropanın öz strateji maraqları da durur. Onlar birmənalı şəkildə Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasasətindən sonra qaz və yaxud neftin daşınması ilə bağlı alternativ yol axtarır. Ona görə də Zəngəzur dəhlizinin açılması, yekun sülh sənədinin imzalanması Avropa İttifaqının və Şarl Mişelin diqqət mərkəzindədir. Bu gün Avropa ilə maraqlarımız üst-üstə düşür. Buna maneə olan qüvvə də bizə bəllidir”.
Ekspert Türkiyənin də bu məsələdəki mövqeyini dəyərləndirib. O, bildirib ki, Türkiyə Rusiya ilə dil tapa bilən yeganə ölkələrdəndir:
“Ankara Moskva ilə əməkdaşlıq içərisindədir. Təbii ki, bu və ya digər formada fikir ayrılıqları olur. Ancaq digər ölkələrə nisbətən Türkiyə ilə Rusiyanın fikirləri əksər hallarda üst-üstə düşür. Bu mənada hesab edirəm ki, Türkiyə Rusiya ilə danışıqlar zamanı, pərdə arxasında müəyyən danışıqlar edə bilər. Türkiyə onu inandırmalıdır ki, burada sənə qarşı heç bir təhdid yoxdur, sülh müqaviləsinə maneə olma və prosesi ləngitmə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi