Türkiyədəki seçkilərdə sürprizlər ola bilər
Yusif Nəzərli
08:18 02.06.2022
Aktual
554
Ərdoğanın rəqibi kim olacaq Abdullah Gül, yoxsa İmamoğlu, hələlik konkret mövqe yoxdur
Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində aktiv siyasi müzakirələr gedir. Ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkidə rəqibinin kim olacağı hər kəsdə maraq doğurur. Bundan öncə sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun prezidentliyə vahid namizəd olacağı barədə iddialar ortaya atılmışdı. Türkiyə mediasında yer alan xəbərlərə görə, ölkənin keçmiş prezidenti Abdullah Gül də vahid namizəd olaraq seçkiyə cəlb oluna bilər. Müxalif düşərgənin Gülün namizədliyinə müsbət yanaşdığı bildirilirdi. Bununla yanaşı, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaşın da adı hallanmaqdadır.
“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, Türkiyədə gələn il keçiriləcək seçki ilə bağlı dəqiq proqnozlar vermək asan deyil. Ekspertin sözlərinə görə, indiki mərhələdə Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) şansı daha çoxdur:
“Müxalifət partiyalarından bir neçəsi bir araya gəlsə də, hələlik vahid konsepsiyaları yoxdur. Müxalifət düşərgəsi vahid namizəd seçimində razılığa gələ, yekun qərar verə bilmir. Abdullah Gülün, Əkrəm İmamoğlunun və başqa şəxslərin adı hallansa da, yekun mövqe yoxdur. Bu isimlər yetərli dəstək qazana bilmirlər. Artıq indidən altı partiyadan ibarət koalisiyada parçalanma meyilləri, sərt ittihamlar özünü göstərməkdədir”.
S.Hümbətov qeyd edib ki, Türkiyədə seçkilər kifayət qədər demokratik keçirilir:
“Demokratik mühitdə baş tutmuş istənilən seçkidə sürprizlər gözləniləndir. Hazırda qardaş ölkənin ən ciddi problemi iqtisadi çətinliklərlə bağlıdır. Siyasi-hərbi və digər sahələrdə hökumətin uğurlu addımları AKP-nin dəstəyini artırıb. Əgər Ərdoğan 2023-cü ilədək iqtisadi problemlərin həlli ilə bağlı müəyyən addımlar atsa və nailiyyətlər olsa, seçkilərdə üstünlüyü əldə edə biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi