Türkiyənin 3 yüksək çinli məmuru Rusiyaya gedəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hülusi Akar və Milli Təhlükəsizlik Təşkilatının (MİT) sədri Hakan Fiadn Rusiyaya səfər edəcək.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər yanvarın 13-nə nəzərdə tutulur.

Səfər çərçivəsində müxtəlif səviyyədə görüşlər keçiriləcək.