Uğur Şahindən Türkiyə üçün gözəl xəbər: 3-4 ay içində ...

BioNTech firmasının qurucuları Prof. Dr. Uğur Şahin və Dr. Həsrət Türeci, "Qürur Natiqləri" olaraq Türkiyənin Sabancı Universitetinin "Məzuniyyət Mərasiminə"  video konfrans .əkilində qatılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, pandemiyanın  hər şeydən əvvəl elm və araşdırmalarda necə bir fərq yarada biləcəyini bütün dünyaya göstərdiyini vurğulayan Prof. Dr. Uğur Şahin, bir elm insanı olaraq, təhsilləri və on ildən çox araşdırmaları sayəsində həmkarları, mütəxəssislər və etibarlı elm insanları ilə bir fərq yaratmağı bacardıqlarını ifadə edib. Sabancı Universiteti məzunlarını diplomları üçün təbrik edən Şahin, "Bu gün bacardıqlarınız, gələcəyinizə doğrudan təsir edəcək. Bu günü əsla unutmayın, bu gün sizin üçün çox əhəmiyyətli bir gündür" deyib.

Şahin nitqini belə davam etdirib: "Normal həyatlarımıza dönəcəyimizdən əminəm. Peyvəndlənmənin pandemiyanı nəzarət altına almaq mövzusunda yardımını görürük. Bu səbəbdən hər kəsin peyvənd olunmasə çox əhəmiyyətlidir. Bu ehtimalla 3-4 ay içində Türkiyə əvvəlki həyatına dönəcək. Pandemiyanın bizə öyrətdiklərindən dərs almağımız çox əhəmiyyətlidir, bunlardan biri də elm və əməkdaşlığın nə cür böyük bir fərq yarada biləcəyi oldu. Bu səbəbdən, gələcəyə optimist bir şəkildə baxmalı və elmə, təhsilə, araşdırmaya sərmayə qoyaraq əməkdaşlığa daim açıq olmalıyıq."

Turan