"Ümid edirəm, yaxın zamanda yoluxma sayı sıfıra bərabər olacaq" - Gənc fəal
Turan
11:28 09.08.2020
Aktual
750
"Dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla virusla mübarizə aparmaqdadır".
Bunu "Sherg.az"a YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, əksər ölkənin iqtisadiyyatı ziyana uğrayıb, bir sıra ölkənin əhalisi gözlə görünəcək qədər azalıb. Lakin bəzi ölkələr virusa qarşı vaxtında mübarizəyə başlaya bilib:
"Azərbaycan məhz bu sıradakı ölkələrə aiddir. Virus digər ölkələrdə sürətlə yayıldığı zaman biz sərhədləri bağladıq. Digər ölkələrə nisbətən virusun ölkəmizdə yayılması ləngidi. Prezidentimizin düzgün siyasəti, uzaqgörənliyinin nəticəsidir ki, hazırda 46 xəstəxana koronavirusun müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların hər biri yüksək texnika və avadanlıqlarla təchiz olunub. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülüb".
F.Heydər xatırladıb ki, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb:
"Müəssisədə hər gün 120 min tibbi maska istehsal edilir. Əhalimizin sağlamlığı üçün maska istehsalı günü-gündən artır. Koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Ölkədə 6 şirkət dezinfeksiyaedici məhlullar istehsal edir. Göründüyü kimi Prezidentimiz dəstəyini xalqından əsirgəmir. Xalq da daim öz Prezidentinə dəstək olmalıdır və olmaqdadır. Gündən-günə virusa yoluxanların sayının azalması Respublikamızda gedən güclü mübarizə tədbirlərinin nəticəsidir. Ölkəmizdə gün ərzində rekord yoluxma sayı 590 nəfərə yüksəldiyi halda artıq yüz nəfərdən aşağı düşüb. Ümid edirəm, yaxın zamanda bu rəqəm 0-a bərabər olacaq və ölkəmiz bu bəladan birdəfəlik qurtulacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya