dəyişikliyini ehtiva edən proses başlayıb
USAID siyasi nizamı pozur, ədavəti qızışdırır
Yusif Nəzərli
23:34 05.10.2023
Aktual
439
Ermənistandan sonra daha bir Cənubi Qafqaz ölkəsində hakimiyyət
dəyişikliyini ehtiva edən proses başlayıb
dəyişikliyini ehtiva edən proses başlayıb
"ABŞ Cənubi Qafqaza nəzarət uğrunda növbəti mübarizəyə start verir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. Ekspert bildirib ki, Gürcüstanda baş verən qalmaqal okeanın o tayından ssenariləşdirilən, Ermənistandan sonra daha bir Cənubi Qafqaz ölkəsində hakimiyyət dəyişikliyini ehtiva edən prosesin artıq başlandığını söyləməyə zərurət yaradır: "Amerika kəşfiyyatı humanitar missiya adı altında bölgəyə yerləşdirdiyi təşkilatlardan, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) və digər "aidiyyəti" qurumlardan bu məqsədlə istifadə edir. USAID kənd təsərrüfatı, ticarət, səhiyyə, humanitar yardıma dəstək istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, Cənubi Qafqaz ölkələrində "Media inkişafına" külli miqdarda vəsait, qrantlar ayırması, müxalif QHT-ni maliyyələşdirməsi əsas məqsədin nədən ibarət olduğunu aydın şəkildə ortaya qoyur. Amerika kəşfiyyatı davamlı olaraq ölkələrin daxili işlərinə qarışmaq, siyasi nizamı pozmaq, ədavəti qızışdırmaq, saray çevrilişlərinə cəhd göstərir ki, Gürcüstanda baş verən son hadisələr də bunun bariz nümunəsidir. İlk dəfə 20 il bundan əvvəl Gürcüstanda oxşar texnologiyadan istifadə edilib".
Analitik xatırladıb ki, ötən əsrin 90-cı illərindən USAID Azərbaycanda da fəaliyyət göstərir: "Bu dövrdə dəfələrlə eyni üsullar və taktikalara əl atılsa da, hüquq-mühafizə sistemi bu məkrli ssenarilərin qarşısını qətiyyətlə alıb. ABŞ və ona bağlı dairələr tarixi Zəfərdən və suverenliyin tam bərpasından sonra ölkəmizə qarşı da təzyiqləri çoxaldıb. Lakin unudurlar ki, Azərbaycan Ermənstan deyil və heç zaman hansısa dövlətin ruporu olmayıb. Tarixi təcrübə göstərir ki, Azərbaycanda aranı qatmaq və süni yollarla daxili sabitliyi pozmaq cəhdləri məhvə məhkumdur. Bu cür cəhdlər Azərbaycan dövləti və xalqının sarsılmaz həmrəyliyinə nəinki mane olur, əksinə, bu həmrəyliyi və bağlılığı daha da artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya