Vaşadze deputatlara xəbərdarlıq etdi: Gəlməyin!

Etirazlar davam edəcək, parlamentin bütün girişlərində etirazçılar var.

Axar.az xəbər verir ki, bunu Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze deyib.

“Parlamentin bütün üzvlərini parlamentə gəlməkdən yayınmağa çağırıram. Polislər, aparat əməkdaşlarına gəlincə, onların hərəkəti üçün problem yoxdur, onlar rahatlıqla parlamentə girə bilərlər. Sadəcə, deputatlar cəmiyyəti çox qıcıqlandırırlar. Onların parlamentə gəlməməsi məsləhətdir”, – deyə o bildirib.