Vasif Talıbov istefadan bir gün əvvəl harada olub?
09:18 26.12.2022
Aktual
405
Ötən həftə, dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Onun 27 ilik postundan imtinaya səbəb kimi səhhətində problemin olması göstərilib. Lakin Vasif Talıbovla uzun illər bir yerdə işləmiş şəxslər onun sağlıq durumunun qaydasına olduğunu düşünürlər.
Sherg.az Modern.az-a istinadən məlumata görə, Ali Məclisin deputatları və digər əməkdaşlar V.Talıbov istefa verən günə qədər onun səhhətində hər hansı ciddi problem yaranması barədə məlumatlı olmayıblar.
Hətta bildirilir ki, keçmiş "Naxçıvan xanı" dekabrın 20-dək işə gəlib-gedib. O, sonuncu dəfə Ali Məclisdə elə həmin gün olub. Növbəti gün, yəni istefa verdiyi gün işə gəlməyib və uzun illər çalışdığı kolletivlə sağollaşmayıb. Ali Məclisin keçmiş sədrinin dekabrın 21-də harada olduğu bilinmir.
Məlumata görə, Talıbovun istefa qərarı Naxçıvanın deputatlarını da təəccübləndirib. Onlara Ali Məclisin təcili iclasının keçirilməsinin səbəbi izah olunmayıb. Yalnız iclasın gedişində bundan xəbər tutublar.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, ötən həftə gözlənilmədən vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya