“Xaricdə yaşayan azərbaycanlılar birlikdə hərəkət edə bilirlər”
Yusif Nəzərli
11:54 06.07.2022
Aktual
534
Dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin rolu əvəzolunmazdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.
5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi tamam olur. Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə də xüsusi diqqət yetirilir. Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib.
Disporamızın bu günə qədərki fəaliyyətini Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi “Sherg.az”a dəyərləndirib. O, qeyd edib ki, Avropada yaşayan Azərbaycan kökənli insanlar hələ bəhs etdiyiniz komitə yaranmazdan öncə diaspor fəaliyyəti ilə məşğul olub və Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb:
“Bəlkə bu qeyri-təvazökarlıq kimi səslənə bilər. Amma bununla demək istəyirəm ki, Diasporla İş Üzrə Komitənin yaranma tarixi bizim üçün də bayram əhvalı deməkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Komitənin yaradılması sözsüz ki, böyük amallar, məqsədlər üçün idi. Məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan insanların qayğıları ilə maraqlanmaq, onların birliyinə nail olmaq, təşkilatlanmasına yardım etmək idi. Deyə bilərəm ki, ilk illərdə bu istiqamətdə çox faydalı işlər görüldü. Komitə əməkdaşları yerlərdəki təşkilatlar vasitəsilə soydaşlarımızla maraqlanmağa, onları təşkilatlandırmağa çalışdı. Vaxtaşırı tədbirlər keçirdir, milli adət-ənələrimizi qorumağa, bu istiqamətdə daha faydalı işlər görməyə çalışırdıq.
Təbii ki, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq da fəaliyyətlərimizin önündə idi. Bütün bu işlərdə də diaspor komitəsi mümkün qədər dəstək göstərməyə çalışır, yaxından maraqlanırdı. Təəssüf ki, komitənin son dövrlərdəki fəaliyyəti barədə bunları deyə bilməyəcəm. Son illərdə komitə xaricdəki insanları sanki iki yerə bölüb: doğma və yad adamlara. Özləri işlədikləri adamlara, təşkilatlara doğma, digərlərinə isə ögey münasibət sərgiləyirlər. Hər halda mən belə düşünürəm. Bütün bunlar isə soydaşlarımız arasında incikliyə səbəb olur. Amma hər şeyə rəğmən xaricdə yaşayan bizlər lazım olan məqamlarda umu-küsünü bir kənara qoyub birlikdə hərəkət edə bilirik. Son Qarabağ müharibəsində görülmüş işlər bunun bariz nümunəsidir.
Bu gün sözünü etdiyimiz komitənin bayramıdır və istəmirəm ki, fikrimi tənqidi notlar üzərində bitirim. Komitənin bütün işçilərini təbrik edir, gələcək işlərində uğurlar diləyirəm. Ümid edirəm ki, qarşıdakı illərdə komitə üzərinə düşən işlərin öhdəsindən daha layiqincə gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi