Xaricə “beyin axını” güclənir! – Nə etməli? – “Xüsusi proqram hazırlanmalı...”
Yusif Nəzərli
14:58 01.07.2022
Aktual
515
“Elmi araşdırmalar tez bir zamanda gəlir gətirmir. Müəyyən layihələr icra olunduqdan sonra gəlir əldə etmək mümkündür”
“Korrupsiya faktlarına görə, xaricə "beyin axını" olur. Yaradıcı adamlar məmurlara və yaxud müəyyən yerə müraciət ünvanlayanda yad münasibət görürlər. Ona görə araşdırmaçılar da xaricə getməyi üstün tuturlar"
Azərbaycanda tendensiyaya çevrilmiş "beyin köçü"nün qarşısını almaq olmur. Hər il yüzlərlə ali təhsilli vətəndaş ölkəni tərk edir. Gənclər xaricə üz tutur, qayıtmır. Mütəxəssislər deyir ki, ölkədəki tendensiya gələcəkdə kadr böhranına yol aça bilər. Artıq deputatlar, təhsil üzrə ekspertlər də SOS siqnalı çalır. Millət vəkili Etibar Əliyev də söyləyib ki, "beyin axını" kiçik ölkələri pis vəziyyətə salıb:
"Azərbaycanı xeyli sayda elm adamlarımız tərk edib. Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: "Burda olsaydılar daha yaxşı olmazdımı?
Ölkəni tərk edən tanınmış fiziklər, kimyaçılar və riyaziyyatçılar sanki nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər.
Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə, özlərinə sığışdırmırlar! Elm adamı umu - küsünü unutmalıdır. Əməkhaqqı və universitetlərdəki mühit bəhanə gətirilməsi mümkündür".
Təhsil üzrə ekspert Rafiq İsmayılov mövzu ilə bağlı "Sherg.az"a danışıb:
"Tanınmış fizik, akademik Çingiz Qacar vardı, son illərdə tarixi əsərlər yazırdı. Ondan "siz axı fiziksiz, niyə tarixlə məşğul olmağa başladız?" soruşdular. O da demişdi ki, Azərbaycanda fizik kimi fəaliyyət göstərməkdən ötrü texniki bazamız, laboratoriya şəraitimiz yoxdur. Azərbaycanda xüsusi proqram nəzərdə tutulmalıdır.
Çox vaxt layihələr kadrları nəzərə alaraq tərtib olunur. Bəlkə də, yuxarılar bu barədə düşünürlər. Lakin müşahidələrə əsasən konseptual dövlət proqramına rast gəlinmir. Xaricdə və ölkəmizdə hansı kadrlarımızın olduğunu bilmirik".
R.İsmayılov söyləyib ki, xaricdə belə kadrların gördükləri iş əvəzində aldıqları əməkhaqqı çox yüksəkdir:
"Ölkəmizdə intellektul araşdırmalarla məşğul insanlara "biznes" kimi yanaşırlar. Onların gördüyü iş nəticəsində ölkəyə, həmçinin sərmayedara böyük gəlir gələcəyini düşünmürlər.
Lütfi Zadənin gördüyü işlərin maddi gəliri olmadı. Onun fəlsəfəsinə əsaslanaraq, texnikada, siyasətdə, sosiologiyada və s. elə yeniliklər baş verdi ki, dünya miqyasında dəyər verildi.
Elmi araşdırmalar tez bir zamanda gəlir gətirmir. Müəyyən layihələr icra olunduqdan sonra gəlir əldə etmək mümkündür. Korrupsiya faktlarına görə, xaricə "beyin axını" olur.
Yaradıcı adamlar məmurlara və yaxud müəyyən yerə müraciət ünvanlayanda yad münasibət görürlər. Ona görə araşdırmaçılar da xaricə getməyi üstün tuturlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya