Xarici diplomatlar Şuşaya səfər ediblər - FOTO
Yusif Nəzərli
14:22 13.06.2022
Aktual
614
Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
ADA-dan verilən məlumata görə, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, post-müharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.
Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan fəaliyyətin həcmi və sürətini alqışlayıblar. Onlara torpaqların azad edilməsi ilə bu ərazilərin yenidən dünyanın iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və bu günə kimi Azərbaycan hökumətinin bunun yeganə təminatçısı olduğu bildirilib.
Xarici diplomatlara işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşa şəhərinin Azərbaycan və Qafqazın ictimai-siyasi həyatında oynadığı rol haqda geniş məlumat verilib. Qarabağ xanı Pənahəli Xan tərəfindən şəhərin əsasının qoyulmasının 270 illiyini qeyd etmək və aparılan quruculuq işlərini sürətləndirmək məqsədilə 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilib.
Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 11 ölkədən (Albaniya, Burundi, Çad, Qabon, Qazaxıstan, Macarıstan, Mərakeş, Rumıniya, Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir. İki həftəlik builki proqram çərçivəsində iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ASAN Xidmət və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi