“XİN-nin bəyanatı Ermənistana dəstək verən dövlətlərə mesajdır”
Fidan Həmişəyeva
10:19 03.09.2021
Aktual
547
“Azərbaycan tərəfi bir daha qeyd edib ki, Ermənistan həqiqətlərlə barışıb revanşist əməllərindən əl çəksin”
“Ermənistanın bu günə qədər əsaslı tələblərlə çıxış etməməsi onu göstərir ki, mövcud həqiqətləri dərk etmək gücündə deyillər”
“Bütün bunlardan sonra Azərbaycan XİN-nin verdiyi açıqlama olduqca düzgün və yerindədir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın 2 sentyabr 2021-ci il Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyib. XİN bununla bağlı rəsmi açıqlama verib:
“Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir.
Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.
Ermənistan hələ 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürmüş və təcavüzkar separatçılığı dəstəkləmişdir. Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.
Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir”.
Vəziyyəti “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, XİN-nin bəyanatı ondan xəbər verir ki, Azərbaycan Ermənistanı israrla indiki reallıqlarla barışmağa dəvət edir:
“Ölkəmizdə müəyyən proseslər gedir. Xüsusilə də kommunikasiyaların açılması, delimitasiya və demarkasiya ilə bağlı prosesləri uğurla reallaşdırmaq üçün işlər görülür. Azərbaycan tərəfi bir daha qeyd edib ki, Ermənistan həqiqətlərlə barışıb revanşist əməllərindən əl çəksin. Ermənistanın bu günə qədər əsaslı tələblərlə çıxış etməməsi onu göstərir ki, mövcud həqiqətləri dərk etmək gücündə deyillər. Bütün bunlardan sonra Azərbaycan XİN-nin verdiyi açıqlama olduqca düzgün və yerindədir. Açıq çağırışlarımızla onu göstəririk ki, Ermənistanın bu davranışları ilə razı deyilik, heç bir zaman da razılaşa bilmərik. Verdiyimiz bəyanat yalnız Ermənistana yox, ona dəstək olan bəzi dövlətlərə və müəyyən qüvvələrə bir mesajdır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm