Xırdalanda yeni bina tikintisi narazılıq yaradır - VİDEO
10:49 22.02.2020
Aktual
399
Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 25-ci məhəllədə yaşayan sakinlər evlərinin arxasında tikinti işlərinin aparılmasından narazıdırlar. Sakinlər “Report”a bildiriblər ki, tikinti heç bir normaya uyğun aparılmır və onlara hər hansı bir sənəd təqdim olunmayıb.
Onlar məsələ ilə bağlı bir neçə quruma müraciət etdiklərini söyləyiblər. Şikayətçi Bəxtiyar Talıbov deyib ki, bütün qonşular tikintidən narahatdırlar:
“Artıq 20 gündən çoxdur, bir çox quruma müraciət etmişik. Amma hələ ki heç bir tədbir görülməyib. Lakin tikinti də davam edir. Heç kim bunlara demir ki, nə iş görürsünüz? Qanun və qayda ilə müraciət edirik. Pəncərələrin qarşısını tuturlar. Nəfəs ala bilməyəcəyik. Hansısa tikili ilə hasar arasında müəyyən məsafə olmalıdır. Amma heç bir məsafə saxlamayıblar. Sənəd də istəyirik, təqdim etmirlər”.
Digər sakin Saniyyə Əhmədova da pəncərələrinin qarşısının tutulmasından şikayətçidir:
“Bizə deyirlər ki, 5-6 kasıb adamsınız və buraya yığılmısınız. Yəni demək istəyirlər ki, sizə qaranlıq olsa da olar. Bizimlə məsləhət də eləməyiblər. Əvvəl dedilər ki, heç nə tikmirik. Sonra isə beton tökdülər. Mənim evimin iki pəncərəsi bura baxır. İşığı haradan alaq? Bunun adamı varsa, mənim pəncərəmin qarşısını bağlaya bilər? Deyə bilmərəm ki, niyə bağlayırsan?”
Qasım Mehdiyev deyib ki, tikinti başa çatandan sonra pəncərələrinin ikisinin önü bağlanacaq:
“Evimin arxa hissəsində yanğın olsa, yanğınsöndürən söndürə bilməyəcək. Evim yansa, heç kim məni evlə təmin etməz”.
Rafiq Əhmədov da qonşularının sözünə şərik olduğunu vurğulayıb:
“Bizim şikayətə hələ ki baxılmır. Bizim yaşayışımız sanki zirzəmidəki kimi olacaq. Xahiş edirik ki, bununla bağlı ölçü götürsünlər. Burada tikinti işləri aparmaq olmaz, qeyri-qanunidir. Qanunda belə bir şey yoxdur ki, pəncərənin qarşısında obyekt tikilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm