Xudafərin körpüsünün birgə bərpası hər iki ölkənin iqtisadi maraqlarına uyğundur
06:54 02.07.2022
Aktual
486
"Bu, hər iki ölkədə turist sayının artmasına gətirib çıxaracaq"
Mədəniyyət naziri Anar Kərimov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb. Mədəniyyət naziri bildirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. O, həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb. Tərəflər işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın islam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb. Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb. Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.
Millət vəkili Vüqar Bayramov deyib ki, İran və Azərbaycan arasında iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Deputatın sözlərinə görə, İran-Azərbaycan son illərdə xarici ticarət dövriyyəsini artırmağa nail olublar:
“Pandemiyadan əvvəl İranla xarici ticarət dövriyyəmiz yarım milyard dollara qədər yüksəlmişdi. Amma potensial daha böyükdür. Mədəni, nəqliyyat, turizm, iqtisadiyyat sahəsində kifayət qədər böyük imkanlar var. Bu imkanların reallaşması nəticə etibarı ilə hər iki ölkənin dövlət gəlirlərinin artmasına töhfə verəcək. Xudafərin körpüsünün birgə bərpası, gələcəkdə məhz həmin ərazi üzərindən İranla kommunikasiyanın genişləndirilməsi iki tərəfin iqtisadi maraqlarına uyğundur. Bu, hər iki ölkədə turist sayının artmasına gətirib çıxaracaq. Ona görə də qarşılıqlı əməkdaşlıq ölkələrin inkişafı baxımından olduqca vacibdir. Regionda dayanıqlı sülhün dəstəklənməsi aspektindən prioritetdir. Son müzakirələr, bu istiqamətdə atılmış addımlar göstərir ki, Azərbaycan sülhə maraqlı olan qonşularla əməkdaşlığı genişləndirmək niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya