Yaxın məsafədən döyüş təlimləri:“...Real tətbiqinin şahidi olacağıq”
Fidan Həmişəyeva
11:19 03.09.2021
Aktual
632
Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərinə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.
Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək. İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.
Türkiyə-Azərbaycan arasında hərbi ələqələrin günü-gündən möhkəmləndiyini bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a vurğulayıb ki, bu əlaqələrin möhkəmlənməsinin bir sıra ciddi, hüquqi və normativ bazaları var. Bunlar 2010-cu ildə iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıqla bağlı müqavilə və bu il imzalanan “Şuşa bəyannaməsi”dir:
“Məlumdur ki, həm hərbi məmulatların istehsalında, həm ordunun təsis olunmasında, həm də ordunun keyfiyyəti ilə bağlı hazırlığın yüksəldilməsində Türkiyə ilə geniş şəkildə fəaliyyətlər həyata keçirilir. Bunun da bariz nümunəsi kimi son günlər SAT proqramı əsasında həyata keçirilən təlimləri göstərmək olar.
Hər iki ölkənin hərbçiləri yaxın məsafədən döyüş təlimləri üzrə hazırlıqlar keçirlər. Hesab edirəm ki, bütövlükdə regionumuzda həssas bir an hökm sürür. Əlbəttə ki, heç bir ölkə baş verən hadisələrdən sığorta olunmayıb.
Bu baxımdan da Azərbaycan ordusunun hazırlığı, hərbi sahədə peşəkar olan Türkiyə ordusu vasitəsilə bu hazırlığa sahib olması böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, iki vacib məqam var: Birincisi, Azərbaycan bölgəmizdə NATO-nun kiçik modelini inşa etməkdədir, burada Türkiyə mühüm rol oynayır. İkincisi, Türkiyə və Azərbaycan qalib ordudur və hər ikisinin müasir standartlara sahib olması başlıca vəzifəsidir. Üçüncüsü isə iki ölkənin hər zaman regionda hazırlıqları daimi olmalıdır.
Fikrimcə, SAT proqramı əsasında həyata keçirilən hərbi təlimlər xüsusi mərhələ təşkil edir. Yəqin ki, bu proqramın da hansısa formada real tətbiqinin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm