
Yolumuz birdir
Yusif Nəzərli
09:23 14.06.2022
Aktual
611
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyini dünyaya göstərdi
"Müstəqillik, təhlükəsizlik və müdafiə yolunda tək olmadığımızı hamıya əyani nümayiş etdirdik"
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalamasının birinci ildönümüdür. Ötən ilin iyunun 15-də liderlərin Şuşa şəhərində imzaladığı müttəfiqlik sənədi iki ölkə arasında hərbi-siyasi və təhlükəsizlik məsələlərinin müştərək strateji maraqlar yaradan məcmusu sayılır. Sənədin nüvəsini təhlükəsizlik və hərbi-siyasi əməkdaşlığın dərinləşdirilməsi, təhdidlərə qarşı birgə mübarizə əzmi təşkil etdiyindən elə bu istiqamətlər üzrə daha çox inkişaf nəzərə çarpır.
Bir illik periodda, Azərbaycanla Türkiyə strateji müttəfiqlik maraqlarını ən üst səviyyəyə qaldırmaq üçün bir-birinə dəstək göstərdilər. Şuşa Bəyannaməsindən sonra Azərbaycan Ordusunun Türkiyə modelinə sürətli keçidi mərhələsinə qədəm qoyuldu.
Komando hərbi birlikləri yaradıldı və ordunun strukturunda da Quru Qoşunları komandanı vəzifəsi təsis edildi. Bölgə xalqlarının həyatında öz siyasi, tarixi, strateji əhəmiyyətinə görə Şuşa bəyannaməsi yalnız 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə 5 dövlət arasında bağlanmış Qars müqaviləsi ilə müqayisə edilə bilər. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin yeni strateji mərhələyə qaldırılmasını nəzərdə tutmaqla yanaşı, yeni hədəfləri də müəyyən edir. Eyni zamanda Qafqaz bölgəsi xalqları arasında dinc birgəyaşayış və əməkdaşlıq perspektivlərini də özündə ehtiva edir. Şuşa Bəyannaməsi ölkələrimiz arasında hərbi, siyasi, iqtisadi, turistik, mədəni əlaqələrimizin yeni mərhələsini müəyyən etməklə, həm də dünya dövlətlərinə, o cümlədən regionda sülhə və sabitliyə əngəl olmaq istəyən dövlətlərə sərt xəbərdarlıq bildirir.
Heç şübhəsiz, Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəaların hamısı zaman-zaman həyata keçəcək, icra olunacaq. Bölgəmizə davamlı sülh, iş birliyi və rifah gətirəcək. Türkiyəni və Azərbaycanı uzun illər regionda əsas söz sahibi kimi tanıdacaq. Şuşa Bəyannaməsi bölgədə davamlı və daimi sülhün bərqərar olunmasına, bölgə dövlətləri arasında qarşılıqlı etimad mühitinin yaranmasına möhkəm siyasi-hüquqi əsaslar yaradacaq.

Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında Şuşa Bəyannaməsinin tarixi sənəd olduğunu deyib. Deputatın sözlərinə görə, bəzən insanlar hansısa sənədin nə dərəcədə əhəmiyyətli olmasını həmin razılaşmaya əsaslanan addımlar atılanda dərindən anlayırlar. Amma Şuşa Bəyannaməsi imzalandığı ilk gündən nə qədər dəyərli və vacib olduğunu hər kəsə göstərdi:
“Türkiyə müttəfiqlik sənədi ilə bütün dünyaya mesajlar verdik. Müstəqillik, təhlükəsizlik və müdafiə yolunda tək olmadığımızı hamıya əyani nümayiş etdirdik. Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Dövlətlər arasında bundan yüksək səviyyədə sənəd ola bilməz. Şuşa Bəyannaməsi iki dövlət arasında hər sahədə bütün növ əməkdaşlıqları özündə ehtiva edir. Sənəd imzalanan gündən etibarən bütün istiqamətlərdə Türkiyə ilə birlikdə yol qət edirik. Müqavilənin əhəmiyyəti bütün müddəalarda özünü göstərir. Siyasi-iqtisadi məsələlərlə yanaşı, hərbi-əməkdaşlıq və müdafiə-təhlükəsizlik sahəsində, beynəlxalq aləmdə Azərbaycan-Türkiyə birgə əməkdaşlığı ən yüksək səviyyədədir. Bizə dost olmayan qüvvələr də bu sənəddən öz paylarını götürürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi