Zahir Əzəmətin namizədliyi ilə bağlı QƏRAR verildi
11:15 17.01.2020
Aktual
569
MSK-nın iclasında namizədliyi 45 saylı Abşeron seçki dairəsindən irəli sürülmüş Rəhimov Zahirin (Zahir Əzəmət) namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair müvafiq DSK-nın qərarı müzakirə olunub. Məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O qeyd edib ki, DSK öz qərarını bununla əsaslandırıb ki, imza vərəqləri və ona əlavə edilmiş digər sənədlərin araşdırlması zamanı onun mülkiyyətində olan Lənkəran rayon Yuxarı Nüvədi kəndində 0,9 hektar torpaq sahəsi göstərilməyib:
“Bu məqam arayışda düzgün göstərilmədiyi üçün onun namizədliyinin qeydə alınmasından imtina edilib. İşçi qrupu həmin sənədlər üzrə araşdırma apararaq rəy hazırlayıb. MSK-nın bununla bağlı qərarında DSK-nın qərarının dəyişdiirlmədən saxlanılması qeyd olunub”.
Ramiz İbrahimov təklif edib ki, qərar dəyişdirilmədən saxlanılsın.
MSK üzvü Almas Qəhrəmanlı Zahir Rəhimovun namizədliyinin qeydə alınmasına tərəfdar olduğunu bildirib.
İclasda iştirak edən Z.Rəhimov adına həmin kənddə pay torpağının olmasından xəbərsiz olduğunu deyib:
“Mən 1991-ci ildən Bakıda yaşayıram. Həmin pay torpaqları verilərkən isə hərbi xidmətdə olmuşam. Əmlak Məsələləri Dövlət Komitəsindən mənə verilən arayışda ona görə adım qeyd olunmayıb ki, dövlət sənədlərində adım səhv yazılıb”.
O, həmçinin, sənədlərində olan çatışmazlıqları araşdırması üçün ona qanunda nəzərdə tutulan 48 saatın verilmədiyini vurğulayıb.
Müzakirədən sonra qərar səsə qoyulub. Bir nəfər bitərəf, bir nəfər əleyhinə olmaqla DSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya