
Zaman daralır: Ukraynın gözləyəcək vaxtı yoxdur
12:09 19.02.2024
Aktual
550
Ukraynada əvvəllər olmadığı qədər kadr çatışmazlığı var.
Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının iqtisadi inkişaf komitəsinin sədri Dmitri Nataluxa deyib.
"Kadra gəlincə, bu, fəlakətdir, bizdə istehsalatda müəyyən ixtisaslar üzrə güclü kadr çatışmazlığı var, indiyədək belə hal olmayıb. Bu təbiidir: çox adam ölkədən getdi, bəziləri də cəbhəyə getdi, bəziləri reabilitasiya üçün xəstəxanalardadır və yenidən hazırlıq proqramının həyata keçirilməsinə vaxt yoxdur",- o bildirib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət verdiyev bildirb ki, bəzi qərb ölkələri tərəfindən Rusiya ilə münasibətləri korlanmağa sürüklənən Ukrayna hazırda çox ciddi problemlər ilə üzləşir:

“Burada müdafiə sanayesi sahəsində mütəxəsislərin çatışmazlığı hiss olunur. Digər tərəfdən isə Ukrayna ordusunda çox böyük vakant vəzifələr var. Ukrayna maliyyə, silah-sursat və texnika çatışmazlığı səbəbindən səfərbərlik imkanlarını genişləndirə bilmir. Həmçinin vəd edilən silah və maliyyə vəsaitləri yaxın prespektivdə çatdırılmasa, rəsmi Kiyev daha çox ərazi və şəxsi heyyət itirəcək. Hazırda Rusiya ilə savaşan Ukrayna onu bu müharibəyə sürükləyən ölkələrdən nə şəxsi heyyət, nə də silah əldə edə bilir. Bu isə yaxın zamanda Zaporojie istiqamətində Ukraynanın ərazi itkilərinin artması ilə müşahidə oluna bilər.
Rəsmi Moskva dəfələrlə bəyan etmişdi ki, NATO-nun Rusiyanın sərhədlərinə doğru genişlənməsinə səssiz qalmayacaq. Lakin bir çox Qərb ölkələri bu bəyanatlara ciddi yanaşmadılar. Sonunda isə Ukraynaya zəruri olan dəstəyi vermədilər. Ümumiyyətlə Qərbin silah dəstəyi kifayət qədər uzun prosesdir və zaman tələb edir. İndi isə Ukraynın gözləmək üçün zamanı yoxdur. Çünki Ukraynanın müəyyən şəhərləri tamamilə itirdiyini demək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm