Zelenski Donbasın xüsusi statusu ilə bağlı fərman imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydası” haqqında qanunun 2020-ci ilin sonuna qədər uzadılması barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ali Radanın saytında yerləşdirilib.

Fərman rəsmi mətbuatda dərc olunan gündən qüvvəyə minir.