17 yaşında evlənmək istəmədi, atasının ürəyinə bıçaq soxdu - MƏHKƏMƏ
08:42 03.03.2017
Arxiv
716
Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim bildirilib ki, o, cinayəti anlaqsız vəziyyətdə törədib. Həmçinin təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün məhkəmədə qanuni nümayəndə ilə iştirak etməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi iştirak etmədiyindən hazırlıq iclası
martın 7-dək təxirə salınıb.
Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.
Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.
Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.
K.Qasımov tutulub. Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm