19 yanvar mitinqinin təşkilatçılarına rəsmi xəbərdarlıq edilib
12:16 22.01.2019
Arxiv
349
Yanvarın 19-da keçirilmiş mitinqinin təşkilatçılarına rəsmi xəbərdarlıq edilib.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan "Sherg.az"a daxil olan birgə məlumata görə, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan partiya və birliklər bu il yanvarın 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir.
Mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasının yaxınlığında "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə cəhd etmişlər.
Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol vermiş, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişlər.
Qeyd edilənlərlə əlaqədar, 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar edilmişlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə