2 yaşlı oğlan avtoqəzada öldü


Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu “Mercedes” marakalı avtomobil aşıb.
Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.
Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.