20 ildir nə saçlarını kəsir, nə də yuyur - FOTOLAR

32 yaşlı sənətçi uşaqlıqdan şahzadə kimi görünmək istəyib
32 yaşlı sənətçi Fransua Kuney tam 20 ildir nə saçını kəsdirir, nə də onu yuyur.
O, 2 metrə yaxın saçlarıyla bütün diqqətləri özünə çəkir. Kiçik yaşlarında şahzadə kimi görünmək istəyən Kuney, saçlarını kəsdirməməyə qərar vermiş və indiki halına gəlib çıxmışdır. Fransua Kuney əvvəllər çətinlik çəkdiyini, lakin sonradan hər şeyə alışdığını və bu halından çox məmnun qaldığını dilə gətirir.
Xanımın qeyri-adi görünüşü reklam şirkətlərini də cəlb edib. Hazıra şəkillərini çəkmək üçün ona təkliflər yağır.