20 Yanvar faciəsinin növbəti ildönümü Düşənbədə qeyd olunub
10:47 18.01.2019
Arxiv
333
Azərbaycanın Tacikistandakı Səfirliyində "20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Tacikistanın qəzet, jurnal və saytlarının redaktor və müxbirləri, tanınmış jurnalistlər və köşə yazarları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə faciə barədə geniş məlumat verib, bu günün Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğurunda mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Diplomat bu hadisəni xalqın milli təhtəlşüurunda yaşayan müstəqillik və demokratiya uğurunda apardığı mübarizədə dönməzliyin bütün dünyaya nümayişi kimi xarakterizə edib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına, demokratik dəyərlərə çatmaq arzusuna, qəhrəmanlıq ənənələrinə sadiqliyini və Vətənin azadlığı uğurunda canından keçməyə hazır olduğunu totalitar Sovet rejimini hər vəchlə saxlamağa çalışanlara bir daha nümayiş etdirib.
H.Məmmədzadə məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən yerli KİV nümayəndələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğurunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız cinayəti sonradan 1990-cı ilin fevral ayında Tacikistanda da həyata keçirdiyini, xalqın qarşı-qarşıya qoyulduğunu və vətəndaş müharibəsi törədildiyini bildiriblər.
Sonda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.
20 Yanvar faciəsi ilə bağlı "Asia-Plus”, "Avesta”, "Faraj”,”khabari-ruz” saytlarında və "Samak” qəzetində məqalələr dərc edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə