2022-ci ilə qədər dünya əhalisinin 25 faizinə COVID-19 peyvəndi çatmaya bilər
08:48 16.12.2020
Arxiv
385
Ola bilsin ki, dünya sakinlərinin təxminən 25%-i 2022-ci ildən əvvəl koronavirus peyvəndi olunmasın.
Bu barədə “Reuters” ABŞ-ın Cons Hopkins Universitetinin alimlərinin məlumatlarına istinadən xəbər verib.
“COVID-19 peyvəndlərinə qlobal əlçatanlığla bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsindən deyil, həm də hökumətlərin və peyvənd istehsalçılarının razılaşmalarda (peyvənd tədarükü ilə bağlı) daha şəffaf və hesabatlı olmamalarından qaynaqlanır”, - deyə qeyd edilir.
Amerikalı alimlərin fikrincə, bu günə qədər müvafiq maliyyə imkanlarına sahib olan dövlətlər üçün pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51 %-i artıq ayrılıb.
Xüsusilə, Avstraliya, Kanada və Yaponiya hökumətləri dünyada yoluxma miqdarının 1% -dən azına sahib olmaqla, 1 milyarddan çox dozada peyvənd sifariş ediblər.
Belə olduqda, dünya əhalisinin 85%-ni təşkil edən daha az maliyyə imkanlarına sahib ölkələr peyvəndlərin qalan hissəsini öz aralarında bölüşmək məcburiyyətində qalacaqlar.
Nəticədə, aparıcı əczaçılıq şirkətləri planlaşdırılmış istehsal gücünə çatmağı bacarsalar da, dünya əhalisinin təxminən 25%-i 2021-ci ilin sonuna qədər peyvənd edilə bilməyəcək.
Universitetin tədqiqatçıları bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılan beynəlxalq COVAX mexanizmi peyvəndlərlə daha ədalətli təmin olunmada əsas rol oynaya bilər. Lakin bu çərçivədə, 2021-ci ilin sonuna kimi planlaşdırılmış 2 milyard deyil, yalnız 500 milyon doza dərmanın alınmasının təmin olunması mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol