21 türkiyəli zəvvar Məkkədə öldü


İyulun 5-də Türkiyədən Məkkəyə gedən zəvvarlardan 21 nəfəri dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Məkkədə yerləşən xəstəxanasının baş həkimi Mehmet Rıdvan Yalçın açıqlama verib.

Vəfat edənlərin yarısının infarktdan öldüyünü deyən həkim onların daha çox 60-70 yaş qrupu arasında olduğunu açıqlayıb.