27 yaşlı kişi özünü asdı


Hacıqabul rayonunda intihar hadisəsi baş verib.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu özünü asaraq intihar edib.
27 yaşlı Q.Əhmədlini asılmış vəziyyətdə yaxınları aşkar edib.
Faktla bağlı Hacıqabul prokurorluğu araşdırma aparır.