3 yaşlı uşaq su quyusuna düşərək öldü




Ağdaşda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. 3 yaşlı uşaq yaşadığı evin həyətindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.