31 faiz səs verəcək: Putinin partiyasının reytinqi ən aşağı səviyyəyə düşüb





Rusiya Prezidenti Vladimir Putin və Vahid Rusiya Partiyasının reytinqi minimuma çatıb.
Axar.az xəbər verir ki, bu nəticə İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Sorğuya əsasən, rusların cəmi 31%-i Dumaya keçiriləcək seçkidə Vahid Rusiya Partiyasına səs verəcəklərini bildirib. Bu, hakim partiyanın indiyə qədər qeydə alınan ən aşağı göstəricisidir.

Vahid Rusiya Partiyası ilə bərabər Putinin də reytinqi aşağı düşüb. Belə ki, respondentlərin 45%-i, sabah prezident seçkisi keçiriləcəyi təqdirdə, Putinə səs verəcəklərini bildirib.

Qeyd edək ki, bundan öncə "Levada Çentr” şirkəti Putinin reytinqinin 58%-ə düşdüyünü açıqlamışdı.