4 yaşlı körpə altını batırdığı üçün öldürülüb

Evdən qaçan ögey ananın qatil olduğunu digər qardaşı anlatdı



Suriyadan 4 il əvvəl müharibədən qaçaraq Türkiyəyə gələn Abdulhəmid Rufai və ailəsi Qaziantəpdə Abdulhəmid xan məhəlləsində bir evə yerləşdi. İlk həyat yoldaşı Suriyada qalan və uşaqlarını ögey anaları Rufia Madarati (22) ilə Türkiyəyə gətirən ata Qaziantəpdə bir fabrikdə işə başlayıb. Evdə Ziyade  (4) və Məhəmməd (6) adlı uşaqları dəcəllik etdiyi üçün tez-tez döyən ana Rufia, son olaraq 4 yaşlı Ziyadeyi altına qaçırdığı üçün başından vuraraq öldürdüyü iddia edildi.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçən yanvar ayında yaşanan hadisədə başından aldığı zərbələr nəticəsində huşunu itirən uşaq qonşuların köməyiylə xəstəxanaya çatdırılmış, ancaq bütün müdaxilələrə baxmayaraq qurtarıla bilməmişdi. Kiçik uşağın cəsədinin yarılmasında da başından aldığı zərbə nəticəsində öldüyü təyin olunub.
Ögey ana Rufia Madarati (22) polisdəki ilk ifadəsində uşağının evdə olan pilləkəndən aşağı düşərək öldüyünü söylədiyi, evdəki 6 yaşlı Məhəmmədi də hadisəni kimsəyə izah etməməsi üçün döydüyü ortaya çıxıb. Hadisənin olduğu gün evdə olmayan ata Abdulhəmid Rufai isə ifadəsində, həyat yoldaşının uşağının pilləkəndən düşərək öldüyünü söylədiyini ifadə edib.
Bir müddət sonra həyat yoldaşı Rufia Madarati hadisənin ortaya çıxması qorxusu ilə evi tərk edərək qaçıb. Bundan sonra evdəki 6 yaşlı Məhəmməd ögey anasının qardaşını necə öldürdüyünü atasına izah etdiyi öyrənilib. Ata vəziyyəti dərhal polisə bildirərək keçmiş həyat yoldaşından şikayətçi olub.

Maneken olma istəyi üzündən yaxanı ələ verdi

Hadisədən sonra istintaqa başlayan prokurorluğun təlimatıyla ögey ananın tapılması üçün hərəkətə keçilib. Şübhəli ögey ananın gedə biləcəyi hər yeri lupa altına alan polis qrupları qadını ictimai media ünvanından təqibə alıb. Qadının son olaraq Facebook hesabından paylaşdığı bir şəkil üzərindən yola çıxan polislər fotonun detallarını araşdıraraq şəkilin İstanbulda çəkildiyini təyin edərək həmin yeri nəzarətə alıb. Fotoqrafın qadını tanıdığını  və maneken olmaq istədiyi üçün tez-tez gəlib şəkil çəkdirdiyini, eyni zamanda bir uşaq geyim atelyesində çalışdığını söyləyib. Qaziantəp polisi vəziyyəti dərhal qadının işlədiyi Zeytinburnu Mahal Təhlükəsizlik Müdirliyinə bildirib. Həmin ünvana gedən polis aylardır axtarılan ögey ana Rufia Madarati nəzarətə alıb. Zeytinburnu Mahal Təhlükəsizlik Müdirliyində əməliyyatların tamamlanmasından sonra Rufia Madarati Qaziantəpdəki polis idarəsinə gətiriləcək. Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.

Turan