5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
07:29 11.05.2019
Arxiv
451
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO” markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi "Mersedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşaraq yolun sağ hissəsində olan dərəyə aşması nəticəsində "Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media