Peskovdan Fransanın raket sınağına sərt reaksiya: “Rusiya ayıq-sayıqdır”

Rusiya Fransanın M51.3 strateji ballistik raketinin sınaq buraxılışını “yüksək səslə və açıq mesaj” kimi qiymətləndirir.

Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Avropanın hərbiləşməsi və təhlükəsizlik sahəsində Rusiya ilə qarşıdurma siyasəti narahatlıq doğurur.

“Bu, dalana dirənmiş yoldur. Bu cür aqressiv addımlar fonunda Rusiya ayıq-sayıqdır”, – deyə Peskov vurğulayıb.

O qeyd edib ki, Moskva milli təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirləri görür, lakin problemlərin raket sınaqları ilə deyil, dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır.