5 rayonun qaytarılması...
15:32 11.11.2017
Arxiv
1233
Rəsmi Bakı Rusiyanın şərtlərindən yalnız birini düşünə bilər
Türkiyə Prezidenti Ərdoğanın yaxın günlərdə rusiyalı həmkarı Putinlə görüşü Azərbaycanda maraqla gözlənilir. Çünki görüşdə diqqət mərkəzində saxlanılacaq məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Ekspertlərə görə, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət tendensiya, o cümlədən Ankara ilə Moskva arasındakı yaxınlıq fonunda konfliktlə bağlı müəyyən irəliləyişlər mümkündür.
Lakin görüş ərəfəsində gündəmə gətirilən şərtlərlə bağlı fikirlər birmənalı deyil. Rusiyalı politoloq Aleksandr Duqin hesab edir ki, Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə izn verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər. Onun sözlərinə görə, Kreml 5 rayonun azad edilməsinin tərəfdarıdır. Eyni zamanda Moskva Azərbaycanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmək istəyir. Lakin bu qərarı suveren Azərbaycan verməlidir və Rusiya ilə Türkiyə arasında razılaşmanın əsası olmamalıdır.
Duqinin fikrincə, Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyü ilə bağlı müzakirələrin Ərdoğanla aparılması az inandırıcıdır: "Türkiyə Qarabağ məsələsində doğru mövqe tutur və Rusiya kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türkiyənin bu istiqamətdə siyasəti mülayim və ağıllı qurulub. Əgər Ermənistan güzəştə gedib, 5 rayonu azad etsə, o zaman Türkiyənin rolu önəmli xarakter daşıyacaq. Əslində Ermənistan Prezidenti və siyasətçiləri bütövlükdə bu ssenariyə hazırdır. Bu məsələ dəfələrlə üçtərəfli görüşlərdə müzakirə olunub”.
Prosesləri və tanınmış ekspert Duqinin açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, görüş ərəfəsində ortaya atılan 3 şərt ətrafında ciddi polemika gedir. Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin həmin şərtləri yerinə yetirməsi mümkün deyil:
"Rəsmi Bakı sadəcə bir şərt haqqında düşünə bilər. O da Avrasiya İttifaqına girməkdir. Amma KTMT-yə üzvlük və Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi qəbulolunmaz şərtlərdir. Bununla bağlı rəsmi Bakı dəfələrlə öz mövqeyini bildirib. Məncə, mətbuata sızdırılan məqamlar bir növ ictimaiyyətin nəbzini yoxlamaq məqsədi daşıyır. Cəmiyyətin buna necə reaksiya verdiyini öyrənmək istəyirlər”.
Analitik bildirib ki, 5 rayonun qaytarılması məsələsi Qarabağ münaqişəsinin həllində yanlış təsəvvür yarada bilər:
"Dünya ictimaiyyəti elə zənn edər ki, 5 rayonu geri verməklə problem öz həllini tapacaq. Məlumdur ki, ABŞ və ATƏT işğal olunmuş rayonların 5-nin deyil, hamısının bir yerdə, yəni 7 rayonun qaytarılmasının tərəfdarıdır. Onların fikrincə, Dağlıq Qarabağın statusu sonraya saxlanılmalıdır”. Q.Hüseynliyə görə, Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Putinlə görüşündə problemin həllində müəyyən rol oynaya bilər: "Ankaranın Moskva ilə normal əlaqələri formalaşır. Şəxsən Ərdoğanın da Putinlə yaxın münasibəti yaranır. Lakin hər halda illuziyaya qapılmaq lazım deyil. İllərlə davam edən münaqişənin ipləri Rusiyanın əlindədir. Təəssüflər olsun ki, Moskva problemin həllində tam obyektiv hərəkət etmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi