50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi - VİDEO
14:20 18.09.2018
Arxiv
736
Bu dəli dünyada insan olmaq...
Əslində azad olduğumuzu hesab etsək də, hamımız taleyimizin girovlarıyıq. Nə dünyaya gəlişimizi, nə valideynlərimizi seçə bilirik. Kimlərsə şanslı doğulur, kimlərsə həyata ilk addımlarından acıları dadmaqla məğlub başlayır dünyayla savaşa.
Həyatımızda çox şeydən gileyli, yorğun olanda sizdən daha çətin vəziyyətdə olanları heç düşünmüsünüzmü? Həyatını kimsəsizlər evində, qocalar evində, ruhi xəstəxana divarları arasında yaşamağa məhkum olan insan talelələrini xatırlamısınızmı?
Bir qadının sorağıyla Bakının 1 saylı Psixiatriya Xəstəxanasınadır yolumuz. Bu xəstəxanada 2000 nəfərdən çox insan müalicə alır. Onlardan 350 nəfərini nə itirən var, nə axtaran. Ömürlərini bu xəstəxanada yaşamaq məcburiyyətindədirlər. Xəstəxananın həyətinə daxil olanda gözlədiyimin əksinə olaraq tam bir sükut, sakitliklə qarşılaşdım. Ucu-bucağı görünməyən geniş ərazidə bir neçə korpus yerləşir. Bütün korpuslar bağ-bağçayla əhatə olunub. Ərazini suvaran, qulluq edən bir neçə nəfər də bu xəstəxananın daimi sakinləridir. Başlarını xəstəxananın həyətindəki ağaclara, gül çiçəklərə qulluq etməklə, əkin –biçinlə qatırlar.
Bu divarlar arasında haray çəkən, daxili hıçqırıqlarını yalnız özləri eşidən neçə insan taleyi olub və var, kim bilir. Haqqında danışacağım qadının ömür hekayəsi isə məni göz yaşlarına boğdu. Onu sizə tanıtmaq istəyirəm.
Səfurə. Bəlkə də bu dünyanın ən təmiz ürəkli, ən təmiz düşüncəli insanıdır. Yaşı əllini ötsə də, uşaq saflığını qoruyub saxlayıb. Həyatı bu divarlar arasında keçib gedib. 4 yaşında valideynləri gətirib bir saylı psixiatriya xəstəxanasının qarşısında atıb gediblər. O gün, bu gündür taleyi buralara bağlanıb. Yetkinlik yaşına çatdıqdan sonra bir müddət bu divarların arasını tərk edib getsə də, çöldə, insanlar arasında asan olmayıb ona. Xəstəxana rəhbəri Ağahəsən Rəsulov onun yalnız , səfil yaşamasını istəməyib, xəstəxana ərazisində Səfurə üçün kiçik bir ev inşa etdirib. Neçə illərdir burda öz köpəkləri, göyərçinləri, toyuqları ilə yaşayır. Yaşıllığı suvardığı üçün əmək haqqı alır, fəhlə kimi ştata götürülüb. Öz dediyi kimi, ana tərbiyəsi görməyib ki, nələrisə öyrənəydi. Yemək bişirə bilmir deyə, elə xəstəxanadan hazır yemək verirlər ona. Ağahəsən həkimə "atam” deyə müraciət edir.
Kimlər üçünsə bəlkədə psixoloji problemləri olan insan kimi görünə bilər. Əslində normal bir ailə şəraitində böyüsəydi,bəlkə də taleyi tamamilə başqa cür alınardı. Gözünü açıb, özünü psixoloji sarsıntısı olan insanların arasında görüb, onları tanıyıb, onlarla böyüyüb. Onun bu aləmdən başqa nə görüb, götürəcəyi vardı ki, kamilləşə biləydi.
Onu körpəykən təkbaşına atıb gedən ata- anasını axtarır Səfurə. Şəxsiyyət vəsiqəsində 1962-ci ildə doğulduğu qeyd edilib. Abbasova Səfurə Yadulla qızı. Bəlkə də onu dünyaya gətirən insanlar (valideyn demirəm) çoxdan haqq dünyasındadılar, bəlkə də bir tikə çörəyə möhtacdılar, bunu da kimsə bilmir. Bir onu bilirəm ki, yaralı ürəyinə kristal kimi təmiz sevgini sığdıra bilmiş bu qadın, ata- anası gələrsə onları bağışlayar, qol-qanad gələr. Ayrılarkən məndən bircə xahişi oldu- Onları tap. Gözümə elə baxdı ki, "yox, bu imkansızdır” deyə bilmədim. Yalan dedim, "taparam” dedim.
Ən böyük arzusu valideynlərini tapmaq, xəstəxana divarlarını tərk edib getməkdir. Eh Səfurə, Səfurə. İnsanların bir- birinin gözündən kiprik qapmağa can atdığı, dostluq adı altında yalnız mənfəət güddüyü bu qurdlar süfrəsində, bu dəli dünyada sən yaşaya biləcəksənmi?
Sən əslində öz akvariumunda xoşbəxtsən. Xəbərin yoxdur. Bu dəli dünya bu saf, təmiz düşüncələrinlə səni udar, məhv edər. Səni və sənin kimiləri görüncə yalnız bir ağrı keçir ürəyimdən. İnsan olmaq necədə çətindir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət