6 il əvvəl ölən anasının yatağından "milyonlar" çıxdı, amma... - Fotolar

"Mən zamanında 250 min lirəyə 30-dan çox qoyun alardım, amma indi milyonlarım var, bir işə yaramır"
Şanlıurfadan Adanaya köçən Çakar ailəsi 6 il əvvəl uşağı olmayan qadınları ər-arvad üsuluyla müalicə edən Zəhra Çakarı 85 yaşında itirib. İbrahim Çakar (46) anasını itirdikdən sonra onun əşyalarını da bir otağa qoyub.
Keçən günlərdə İbrahim Çakar anasını itirdiyi evdən başqa bir evə daşınıb. İbrahim Çakarın həyat yoldaşı Cevriye Çakar bütün əşyaları təmizləmək üçün hərəkətə keçib. Zəhra Çakar, qayınanasından qalan əşyaları da təmizləmək istəyib. O, əvvəl qayınanasının yaşayarkən kimsəyə vermədiyi yastığını söküb təmizləmək istəyir. Çakar yastığı söküb içindəki yunu çıxarmağa çalışdığı zaman bir bezin içində milyonlarla lirəlik banknot tapır.
Cevriye Çakar  tez həyat yoldaşına xəbər verir. İbrahim Çakar evə gələrək pulu saymağa başlayır. Çakar tam 30 ədəd 1 milyon lirə, 35 ədəd 50 min lirə, 21 ədəd 100 min lirə, 26 ədəd 250 min lirə sayır. Anasından sərvət qaldığı üçün sevinən Çakar, pulların 6 sıfır atılmadan əvvəlki pul olduğunu fərq edincə şok olur.
İbrahim Çakar, evi təmizləyərkən həyat yoldaşının yastıq içində pul tapdığını eşidincə əvvəl çox sevindiklərini, ancaq gerçəyi öyrənincə xəyal qırıqlığına uğradıqlarını ifadə edərək, "Anam yaşayarkən pulları yastıq altı edib. Bizə də söyləməyib, biz də pulları illər sonra tapdıq. Mən zamanında 250 min lirəyə 30-dan çox qoyun alardım, amma indi milyonlarım var, bir işə yaramır. Anam yaşayarkən əli çox açıq idi, niyə belə edib, anlamıram. Bəlkə öz də yastığın içinə pul qoyduğunu unudub. Çünki o öləli 6 il oldu, bu pullar etibarlılığını 2005-ci ildə itirib" deyir.
Anasının yastığından pul çıxdıqdan sonra digər yastıqlara da baxdıqlarını, ancaq başqa pul tapa bilmədiklərini deyən Çakar, "Mən, anam yaşayarkən bu pulu bizə vermədiyi üçün çox kədərlənirəm. Mənə versəydi bir iş qurardım, pul yastıq içində dəyərini itirib. İndi nə edəcəyimi bilmirəm, dostlar Mərkəz Bankına get deyir, amma bir faydası olarmı, bilmirəm" deyə danışır. Çakar, pulun böyük hissəsini də uşaqların götürdüyünü, oyuncaq kimi istifadə etdiyini sözlərinə əlavə edir.