644 namizədin çoxu marafona qatılmayacaq
13:55 15.04.2017
Arxiv
498
Əsas seçim sona qalan iki-üç real namizəd arasında baş tutur
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 15-də (bugün) başa çatır. Seçkilər isə mayın 19-da keçiriləcək. İran Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib.
Namizədlərin 21-i qadınlardır. Ekspertlərə görə, prezidentlərin ali dini rəhbər tərəfindən seçildiyi teokratik rejimə sahib olan İranda bu qədər namizəd sayısı sadəcə "demokratik” və "azad seçki” görüntüsü yaratmağa hesablanıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, İranda seçki sistemi özünəməxsus prinsiplər əsasında formalaşıb:
"İran seçkilərində "orijinal” müddəalar hökm sürür. Məsələn, Amerikada prezident seçkilərində ilkin namizədlərin sayı çox olur, amma onlar müvafiq mərhələdən keçdikdən sonra daha real namizədlər müəyyənləşər və seçki mübarizəsi həmin şəxslər arasında gedir. İranda 644 namizədin qeydiyyata alınması da onların hamısının seçki marafonuna qatılacağı anlamına gəlmir. Namizədlər arasında "layiqlilər” İranın dini rəhbəri tərəfindən seçilir”.
Ekspertin sözlərinə görə, prezidentliyə namizədlər siyasət aləmindəki müəyyən qruplar arasından - konservatorlar, mühafizəkarlar, reformistlər, islahatçılar və mərkəzçilərdən seçilir: "644 namizədin hamısı bəlli qrupların içindən çıxır. Nəticə etibarı ilə orta mərhələdə ən parlaq namizədlər seçilir, digərləri isə marafondan kənarda qalırlar. Təbii ki, sonrakı mərhələdə namizədlər bir-bir sıradan çıxır. Əsas seçim sona qalan iki-üç real namizəd arasında baş tutur. Uzun illərdir İranda status-kvo dəyişməz olaraq qalır və mübarizə eyni siyasi qruplar arasında gedir. İranın gələcək rəhbəri postuna ən real namizəd isə indiki Prezident Həsən Ruhanidir. Bunun səbəbi isə odur ki, Ruhaniyə Ali Rəhbər tərəfindən dəstək verilir. Əgər Ruhani dini rəhbərin dəstəyini itirərsə, seçilmə şansını da itirəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region