7 yaşlı oğuluna işgəncə verib öldürdü

Sonra da cəsədini donuzlara yem edib
Adrianın ögey anası Heather Jones və öz atası Michael Jones, 7 yaşlı uşağa ağla sığmaz işgəncələr verib. Amerikanın Kanzas əyalətində yaşanan vəhşiliyin qan donduran detalları ortaya çıxıb, məhkəmə pozğun ər-arvadın cəzasını açıqladı. Şeytan ata və ögey ana ömürlük həbs cəzasına məhkum edilib.
Adrian Jonesin bu gülümsəməsi, öz atası və ögey anasının qorxunc işgəncələrindən əvvəl idi. 7 yaşlı uşaq acından bir dəri, bir sümük qalıb və həyatını itirib, amma vəhşilik bununla da bitməyib. İngilis "Daily Mirror” qəzetində yer alan xəbərə görə, talehsiz uşağı kəsmə taxtalarına bağlayan, aç saxlayan, saatlarla soyuq havada çöldə buraxan canavar cütlük, etdikləri hər şeyin şəkilini çəkərək kompüterə yükləyib. Ortaya çıxan fotoların birində kiçik uşağın evin bağçasında zibil dolu hovuzda buz kimi suyun içində saatlarla gözlədildiyi, həm də zəif halı diqqətlərdən qaçmır. Bütün bu qorxunc detallar, vəhşiliyin yaşandığı ev sahibinin, pozğun cütlüyün kompüterinə baxmasıyla ortaya çıxıb. Kiçik uşaq 2015-ci ildə itmiş, cəsəd parçaları isə donuz qəfəsinin ətrafında tapılmışdı. Aparılan araşdırmalar nəticəsində kiçik uşağın öldükdən sonra cəsədinin donuzlara yedizdirildiyi ortaya çıxıb.