81 yaşlı Bakı sakini evində diri-diri yandı





Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.
 FHN-nin saytının  xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.