96 saylı marşrut ləğv olunur ?





"Hansısa marşrut xətti bağlanası olsa, Bakı Nəqliyyat Agentliyi (BNA) əvvəlcədən xəbərdarlıq edir”.

Bu sözləri "Sherg.az”a 96 nömrəli marşrut xəttinin ləğv olunması haqqında iddialara münasibət bildirərkən BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev söyləyib. 

Onun sözlərinə görə, iddialar əsassızdır:

"Marşrut xəttinin sürücüsünün belə şaiyələr səsləndirməsi düzgün deyil. Sürücülər nə xətt bağlayan, nə də bu haqda məlumat yayan səlahiyyətli şəxsdir. Hər hansı bir məlumat olanda biz bunu ictimaiyyətə əvvəlcədən bildiririk”.

Qeyd edək ki, adının çəkilməsini istəməyən 96 nömrəli marşrutun sürücülərindən biri əməkdaşımızla söhbətində marşrut xəttinin yanvarın 1-dən etibarən bağlanacağını deyib. Sürücünün sözlərinə görə, marşrut xəttinin intervalı qısaldığından sərnişindaşımanı həyata keçirən şirkət ziyanla işləyir.

Aysel Aslan