
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
09:13 23.05.2019
Arxiv
738
“İmtahanda yaxşı bal toplamadığı üçün şagirdlərin intihar etməsinə əsas səbəb sualların hədiz çətin olmasıdır”“Digər səbəb isə validyenlərin təzyiqidir. Təbii ki, valideyn də uşağını çox istədiyindən danlayır və başqa yol görmür”
İmtahanlarda aşağı bal toplayan abituriyentlər çıxış yolunu intiharda görürlər. Bu hal ildən-ilə artır. Təəssüf ki, hər il qəbul imtahanda bu mənzərənin şahidi oluruq.
Belə xoşagəlməz məqamlarda təhsil sisteminin də təsiri böyükdür. Çünki müəllimlər imtahan prosesini o qədər qloballaşdırırlar ki, imtahan uşaqların şüuraltına az qala həyati məsələ kimi oturur.
Şagirdlər abituriyent olana kimi məktəbdə bir neçə dəfə imtahan verirlər. Amma şagirdlər o imtahanlarla adaptasiya prosesini keçə bilmir və qəbul imtahanı üçün psixoloji hazır olmurlar. Orta məktəb müəllimlərinin imtahan haqqında dedikləri və onları haradasa qorxuda saxlamaları uşaqlarda eyforiyanı ildəil artırır. Halbuki imtahan verdikcə şagirdə imtahan adiləşməlidir. Bir sözlə, müəllimlər və valideynlər abituriyentlərə kömək olmurlar.
Növbəti intihar hadisəsi Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı bınanın 10-cu mərtəbəsindən atıb.
Sosial şəbəkədə yazılanlara əsasən, 17 yaşlı yeniyetmənin intiharına səbəb imtahanda aşağı bal toplaması olub. O, intihar edəndə evdə heç kəs olmayıb.
Şagirdlərin intihar etməsi ilə bağlı "Sherg.az”a danışan təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu intihara əsas səbəb kimi imtahan suallarının çox çətin olduğunu qeyd edib:

"Bəzən testlərdə elə suallar düşür ki, o sualları həll edə bilməyəndə insan az qalır ki, intihar etsin. Ümumiyyətlə, testologiyada konkret tapşırıqların bölgüsü var. Məsələn, asan, orta, çətin və ən çətin testlər var. Dövlət İmtahan Mərkəzinin (DİM) Azərbaycan təhsilində asan testləri ,ümumiyyətlə, yoxdur. Lakin testologiyanın qaydalarına görə, imtahanlarda asan testlər 20 faiz təşkil etməlidir. Əgər asan testlər olarsa, istənilən şagird həmin testləri yerinə yetirərdi. Amma şagird imtahana gedib, nəinki 20, heç bir faiz də toplaya bilmir. Belə olduğu təqdirdə isə bəzən xoşagəlməz hallar yaşanır. Əlbəttə, bunu bütün şagirdlər haqqında demək olmaz. Sualları cavablandıra bilməyən şagirdlər isə evə gəldikdən sonra onları danlayırlar. Adətən valideynlər deyirlər ki, "niyə sən bu qədər sual arasında heç olmasa, birini yaza bilməmisən və sıfır bal toplamısan?”. Ona görə də imtahan suallarının hamısına çətin salmaq olmaz”.
Ekspert vurğulayıb ki, DİM ildən-ilə müsabiqədə iştirak ballarını aşağı salır:
"Buna nə ehtiyac var axı? Suallar normal qaydada tərtib edilsə, hər kəs keçid balını toplaya bilər. Testologiyanın bütün qanunları gözlənilməlidir. Düzdür, bu ilki qəbul imtahanlarında müəyyən müsbət məqamlar var. Amma bu məqamları da qeyd etməyə qorxuram. Çünki nə vaxt DİM-in fəaliyyəti haqqında müsbət söz demişəmsə, dərhal növbəti imtahanda əksini görmüşəm.
Hesab edirəm ki, imtahanda yaxşı bal toplamadığı üçün şagirdlərin intihar etməsinə əsas səbəb sualların hədiz çətin olmasıdır. Digər səbəb isə validyenlərin təzyiqidir. Təbii ki, valideyn də uşağını çox istədiyindən danlayır və başqa yol görmür”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya