ABŞ-ın dövlət borcu rekord həddə çatdı



ABŞ-ın dövlət borcu 21,516 trilyon dollara çatıb.

Oxu.Az bununla bağlı xarici KİV-ə istinadla xəbər verir.

Qeyd edilib ki, sentyabrın 30-da başa çatan 2018-ci maliyyə ili zamanı dövlət borcu 1,2 trilyon dollar artıb.

2020-ci ildə ABŞ-da büdcə kəsirinin 1 trilyon dolları keçəcəyi gözlənilir.

Bundan başqa, hökumət xərclərinə nəzarətsizlik ABŞ-ın dövlət borcunun sürətli artım tendensiyasını saxlayacaq.