ABŞ-ın ən çox borcu olan ölkə Çindir





ABŞ Maliyyə Nazirliyi Çinin doqquz aydan sonra - iyunda yenə dünyanın ən böyük ABŞ istiqrazının sahibi mövqeyinə qayıtdığını açıqlayıb.

Çin Beynəlxalq Radiosunun xəbərinə görə, Çində yerləşən ABŞ istiqrazı 5 aylıq yüksəlişdən sonra iyun ayında 44,3 milyard dollar artımla 1,1465 trilyon dollara çatıb.

Ötən il oktyabr ayında Çini keçən Yaponiyanın, iyunda ABŞ istiqrazları 20,5 milyard dollar azalma ilə 1,0908 trilyon dollar olaraq müəyyənləşib.

ABŞ-ın ümumi xarici istiqraz vərəqələri, may ayında 6,1236 trilyon dollarkən, iyun ayının sonunda 6,1713 trilyona yüksəlib.

Ölkədən kapital çıxışlarındakı təzyiqinin yüngülləşməsi və Çin valyutası olan yuanın dəyərinin artması Çində yerləşən ABŞ xəzinə istiqrazlarında yüksəlişin səbəbi kimi görünür.

Digər tərəfdən Çin Xalq Bankının məlumatlarına görə, Çindəki valyuta ehtiyatları son 6 ayda artaraq, iyul ayında 3,081 trilyon dollara çatıb.

Aysel Aslan