ABŞ-ın iki ştatında erməni terroruna qarşı aksiya keçirilib
10:40 26.10.2020
Arxiv
515
ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçirib.
Diasporla iş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.
Minneasota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.
Aksiya iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.
Həmçinin Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər.
Florida Azərbaycan İcmasının da iştirakı ilə baş tutan aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrailin bayraqları dalğalanıb. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Erməni təcavüzünə son” kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət